Gənclər və İdman naziri Fərid Qayıbov “Qarabağ”ın bazasını ziyarət edib.

Klubun prezidenti Tahir Gözəl naziri bazada futbolçular üçün yaradılan şəraitlə tanış edib. Fərid Qayıbov da öz növbəsində Ağdam klubu Konfrans Liqasında uğurlu çıxış münasibətilə təbrik edib.